Polşa üçün ŞOK XƏBƏRDARLIQ: "Hökumət oyanmasa..."

23:22 - 28 Avqust 2022

Polşa üçün ŞOK XƏBƏRDARLIQ: \"Hökumət oyanmasa...\"

"Qazın qiymətinin qalxması və Polşada azot gübrələrinin istehsalının dayandırılması səbəbindən ərzaq böhranı başlaya bilər, çünki azot gübrələri olmadan ərzaq istehsalı dayanacaq".

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə köşə yazarı Joanna Solska yazıb.

"Azot gübrəsinin istehsalının dayandırılması fermerlərə zərbə vuracaq, eyni zamanda bir neçə gün ərzində ölkədə bütün ərzaq istehsalını iflic vəziyyətinə sala bilər", - jurnalist qeyd edib.

Polşa hökuməti tədbir görməsə, mağaza rəflərindən məhsullar yoxa çıxmağa başlayacaq: ilk növbədə ət delikatesləri, pendirlər, içkilər.

"Hökumət oyanmasa, biz Armageddonla üzləşirik", - deyə Solska xəbərdarlıq edib.

Müəllifin fikrincə, gübrə istehsalının dayandırılması məntiqli addımdır, çünki Polşada qaz iki il ərzində on dəfə bahalaşıb. 2020-ci ildə bir meqavat-saat qaz səkkiz avroya başa gəlir. 2021-ci ildə - artıq 40, bu il isə - 300. "Grupa Azoty Puławy"nin vitse-prezidenti Jacek Janiszek izah edib ki, şirkət itkiləri minimuma endirməlidir, buna görə də bahalı istehsaldan imtina edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az