Tbilisi yaxınlığında meşə yanır – VİDEO

23:44 - 28 Avqust 2022

Tbilisi yaxınlığında meşə yanır – VİDEO

Gürcüstanın Tbilisi şəhəri yaxınlığındakı Şavnabada dağında güclü yanğın başlayıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.

İlkin versiyaya görə, kol-kos və quru ot yanır. Artıq əraziyə yanğınsöndürənlər və xilasedicilər, aviasiya səfərbər olunub, yanğının lokallaşdırılması və aradan qaldırılması istiqamətində işlər aparılır.

Yanğın baş verən ərazinin yaxınlığında yaşayan paytaxt sakinləri yaşadıqları binaların üstündən kəskin qoxu və tüstünün olması barədə sosial şəbəkələrdə xəbər verirlər.

Ölkənin Fövqəladə Hallar Departamenti bundan əvvəl ölkə üzrə isti havanın meşə yanğınları təhlükəsini artırdığı barədə xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az