Ukrayna millisinin hücumçusu klubunu DƏYİŞDİ

18:11 - 29 Avqust 2022

Ukrayna millisinin hücumçusu klubunu DƏYİŞDİ

Ukrayna millisinin və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Roman Yaremçuk karyerasını Belçikada davam etdirəcək.

Manset.az "Record" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ölkə çempionu "Brügge"yə keçib.

Hazırda Brüsseldə olan forvardın müqaviləsinin detalları hələlik bəlli deyil.

Xatırladaq ki, 2021-ci ildən "Benfika"da çıxış edən Roman Yaremçuk 2017 - 2021-ci illərdə Belçikada "Gent"in formasını geyinib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az