Norveç Ukraynaya maliyyə vəsaiti AYIRDI

20:58 - 29 Avqust 2022

Norveç Ukraynaya maliyyə vəsaiti AYIRDI

Norveç Ukraynanı təbii qazla təmin etmək üçün 200 milyon dollar maliyyə vəsaiti ayırıb.

Manset.az TASS-a istinadən xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Styore bildirib.

“Ukrayna Norveçdən enerji resurslarına çıxışın təmin edilməsinə yardım göstərməsini xahiş edib. Payız və qış mövsümlərində Kiyevin “mavi yanacaq” alması üçün 200 milyon dollar maliyyə yardımından istifadə etməyi təklif etdik”, - o deyib.

Y.Q.Styore vurğulayıb ki, təbii qaz, ilk növbədə, xəstəxanaların və məktəblərin isidilməsi üçün istifadə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az