Sərnişin təyyarəsinin iki pilotu kabinədə yumruq davasına ÇIXDI

21:05 - 29 Avqust 2022

Sərnişin təyyarəsinin iki pilotu kabinədə yumruq davasına ÇIXDI

“Air France” aviaşirkətinin iki pilotu kabinədə dava edib.

Manset.az xəbər verir ki, bu barədə aviaşirkətin sözçüsü məlumat verib.

Bildirilir ki, hadisə Cenevrə-Paris reysində baş verib. Kabinədə davaya baxmayaraq, uçuş davam edib.

Məlumata görə, kapitan və köməkçi pilot təyyarə havaya qalxandan dərhal sonra mübahisə ediblər. Münaqişə qızışanda isə biri digərini vurub, bundan sonra onlar bir-birilərinin yaxasından yapışıblar.

Pilotları stüardessalar ayırmalı olublar və onlardan biri uçuşun sonuna qədər pilotlarla birlikdə kabinədə qalıb. Sonda təyyarə təhlükəsiz eniş edib.

Mübahisənin dəqiq səbəbi açıqlanmır.

“Air France” sözçüsü əlavə edib ki, kabinədə yaranan münaqişə uçuşun qalan hissəsinə təsir etməyib. Onun sözlərinə görə, artıq hər iki pilot işdən kənarlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az