“Ukrayna qüvvələri ölkənin cənubunda, o cümlədən Xerson vilayətində bir çox istiqamətlərdə əks-hücumlara keçib”.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ukrayna ordusunun Cənub Komandanlığının sözcüsü Nataliya Humenyuk açıqlama verib.
Humenyuk bildirib ki, ölkənin cənubunda vəziyyət gərgin olsa da, Ukrayna qüvvələrinin nəzarəti altındadır.
Qeyd edək ki, Rusiya ordusunun ölkənin cənubundakı Nikolayev şəhərini hədəfə aldığı bildirilib. Nikolayev meri hücumda 2 nəfərin həyatını itirdiyini, 24 nəfərin isə yaralandığını açıqlayıb.