Madaqaskarda polis nümayişi dağıdarkən 14 nəfəri GÜLLƏLƏDİ

23:55 - 29 Avqust 2022

Madaqaskarda polis nümayişi dağıdarkən 14 nəfəri GÜLLƏLƏDİ

Bazar ertəsi Madaqaskarın cənub-şərqində polisin etirazçı kütləni dağıtması nəticəsində azı 14 nəfər ölüb, 28 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, hadisə ölkənin İkonqo bölgəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, polis kütləyə atəş açıb.

Yerli “Tanqo” xəstəxanasının baş həkimi Oskar Toki bildirib ki, 9 nəfər yerindəcə, qalanları isə tibb müəssisəsində dünyasını dəyişib.

Məlumatına görə, etiraza səbəb adam oğurluğu halları olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az