İranın silahlı pilotsuz uçuş aparatları göndərdiyi və PUA-ların ilkin texniki sınaqlarının rusları qane etmədiyi iddia edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə “Washington Post” qəzeti idiia irəli sürüb.
Qəzet adı açıqlanmayan Qərb kəşfiyyat rəsmilərinə istinadən yazıb ki, radarlara, artilleriyaya və digər hərbi hədəflərə qarşı hücumlar üçün sursat daşıya bilən ən azı iki növ PUA daşıyan İran nəqliyyat təyyarələri avqustun 19-da İran hava limanından Rusiyaya yola düşüb.
Xəbərdə səlahiyyətlilərin İranın Rusiyaya “Muhacir-6” və “Şahed” seriyalı PUA-ları göndərdiyini düşündüyü və bunun Tehranın Moskvaya göndərəcəyi yüzlərlə pilotsuz uçuş aparatının iştirak etdiyi ilk göndəriş olduğu bildirilib.
İran pilotsuz təyyarələrinin Rusiyaya çatdıqdan sonra ilk texniki sınaqlarının edildiyini, lakin sınaqların ciddi texniki problemlərin kölgəsində qaldığını bildirən Qərb kəşfiyyat rəsmisi, "Sistemdə bir neçə səhv var idi. Rusları qane etmədi” deyib.