Rusiya prezidenti Vladimir Putin Rusiya Milli Qvardiyasının komandanı Viktor Zolotov ilə Ukraynadakı vəziyyəti müzakirə edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Viktor Zolotov Ukraynada Rusiya ordusunun nəzarətində olan ərazilərdə Milli Qvardiyanın işi barədə Putinə məlumat verib.
Ukrayna xalqının dəstəyini aldıqlarını ifadə edən Zolotov, "Vurğulamaq istərdim ki, biz azad edilmiş torpaqlarda xalqın dəstəyini hiss edirik. Onlar başa düşürlər ki, biz uşaqların hüquqlarını qorumaqla yanaşı, onların xoşbəxt gələcəyi, insanların dinc yaşaması üçün də çalışırıq. Bu, bizim ən mühüm borcumuzdur” deyib.