Rusiya “Şimal axını” boru kəməri ilə Avropaya qaz nəqlini dayandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın “TASS” İnformasiya Agentliyi kəsilmənin planlaşdırıldığını və 3 gün davam edəcəyini yazıb.
“Qazprom” daha əvvəl “Şimal axını” ilə qaz nəqlinin avqustun 31-i Moskva vaxtı ilə saat 04:00-dan sentyabrın 3-ü Moskva vaxtı ilə saat 04:00-a qədər dayandırılacağını bildirib.