ABŞ-ın Kosmik Agentliyinin (NASA) “Artemis” missiyasının təxirə salınan ilk buraxılışının yeni tarixi açıqlanıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, növbəti buraxılış şənbə gününə nəzərdə tutulub.
Bazar ertəsinə planlaşdırılan əməliyyatın ləğv edilməsinə səbəb raketdəki dörd mühərrikdən birində aşkar olunan temperatur problemi olub.
Mühəndislər tərəfindən nasazlığın səbəbi araşdırılıb. Onlar problemin həlli üçün yeni strategiya hazırlaya biləcəklərini qeyd ediblər. Bildirilib ki, bu strategiya geri sayımın əvvəlində mühərrikin soyutma prosesinin başlamasını nəzərdə tutur.