Almaniyanın müdafiə naziri Kristin Lambrext Ukraynaya silah yardımı ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lambrext açıqlamasında “Müdafiə naziri kimi etiraf etməliyəm ki, Almaniya Silahlı Qüvvələri (Bundesver) Ukraynaya silah tədarükünün son həddinə çatıb” - bildirib.
O, bəyan edib ki, milli müdafiəni təhlükəyə atmadan Ukraynaya gələcəkdə silah yardımı etmək mümkün olmayacaq.