Adının açıqlanmasını istəməyən ABŞ Dövlət Departamentindən bir səlahiyyətli, Yunanıstanın Egey və Şərqi Aralıq dənizindəki təxribatı ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən vəziyyətdən xəbərdar olduqlarını ifadə edən səlahiyyətli, "Biz NATO müttəfiqlərimiz olan Yunanıstan və Türkiyəni regionda sülh və təhlükəsizliyi qorumaq və fikir ayrılıqlarını diplomatik yolla həll etmək üçün birgə işləməyə dəvət edirik. Hər iki tərəfi gərginliyi daha da artıracaq ritorikadan və hərəkətlərdən çəkinməyə dəvət edirik” deyib.