Zelenskinin İtaliyadakı villası ilə bağlı səs-küy yaradacaq İDDİA - FOTO

13:05 - 01 Sentyabr 2022

Zelenskinin İtaliyadakı villası ilə bağlı səs-küy yaradacaq İDDİA - FOTO

İtaliyanın “İl Tirreno” qəzeti Ukrayna liderinin Toskanadakı evini avqust ayında ruslara bir ay müddətinə kirayə verdiyini iddia edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Londonda yaşayan rusiyalı cütlüyün villada bir ay qalmaq üçün 50 min dollar ödədiyi bildirilib. 

İtaliya qəzeti cütlüyün sosial şəbəkədə paylaşdığı lüks villanın fotolarının da vəziyyəti təsdiqlədiyini yazıb.

Əmlak agenti isə iddianı rədd edərək, kirayəçilərin rus olmadığını, lakin gizlilik səbəbi ilə əlavə məlumat verə bilməyəcəyini bildirib. 

Hadisə şahidi cütlüyün rusca danışdığını deyib. 

Qəzet kirayəçilərin böyük ehtimalla rus əsilli olduqlarını, lakin onların İngiltərədə yaşadığını və Britaniya vətəndaşları olduğunu bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az