Alimlər ən riskli qan qrupunu açıqladılar

14:18 - 01 Sentyabr 2022

Alimlər ən riskli qan qrupunu açıqladılar

Alimlər erkən beyin qanaması riskinin ən yüksək olduğu qan qrupunu açıqlayıblar.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-nin qabaqcıl universitetlərindən biri olan Merilenddə çalışan alimlərin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, qan qrupu ilə beyin qanaması riski arasında əlaqə ola bilər.

Tədqiqatçılar, A qan qrupu olan insanların 60 yaşından əvvəl beyin qanaması və erkən insult riskinin digər qan qruplarına sahib olanlara nisbətən 18 faiz daha yüksək olduğunu qənaətinə gəliblər.
Bildirilib ki, ikinci ən riskli qrup B olub. 

ABŞ alimləri 0 qan qrupu olanlar üçün sözügedən riskin daha az olduğunu müəyyən ediblər. 
0 qan qrupu olan insanlarda riskin 12 faiz aşağı olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az