Putin Qorbaçovla belə vidalaşdı - VİDEO

14:57 - 01 Sentyabr 2022

Putin Qorbaçovla belə vidalaşdı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin avqustun 30-u vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla vidalaşıb.

 

Manset.az xəbər verir ki, V.Putin Kalininqrad şəhərinə yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanaya gələrək Qorbaçovun tabutunun kənarına gül dəstəsi qoyub. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qorbaçovla vida mərasimi sentyabrın 3-ü təşkil ediləcək. Lakin Rusiya Prezidentinin qrafiki sözügedən mərasimdə iştirak etməyə uyğun gəlmir.

Xatırladaq ki, Mixail Qorbaçov vəsiyyət etdiyi kimi, həyat yoldaşı Raisa Qorbaçovanın yanında Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az