“Aİ Brüssel görüşünü alqışlayır”

16:53 - 01 Sentyabr 2022

“Aİ Brüssel görüşünü alqışlayır”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördüncü görüşü alqışlayıram”.

 

Manset.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell öz rəsmi tviter hesabında yazıb.

Onun sözlərinə görə, iki ölkə arasında sülh sazişi ilə bağlı irəliləyişə nail olmaq üçün işləməyə davam etmək, eləcə də humanitar və kommunikasiya sahələrində səyləri davam etdirmək vacibdir: “Avropa İttifaqı dinc, təhlükəsiz və firavan Cənubi Qafqazı dəstəkləməyə davam edir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az