Kremlin sözçüsü Peskov, jurnalistlərə açıqlamasında Aİ-nin viza qərarı ilə bağlı qiymətləndirmələr edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov Avropa İttifaqının Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandıracağı ilə bağlı açıqlamasına reaksiya verərək, “Bu, ruslar üçün pisdir, çünki viza almaq yəqin ki, daha uzun və çətin olacaq. Bu addım davam edən cəfəngiyyat silsiləsində daha bir gülünc qərardır” deyib.