Milyarder Rusiya vətəndaşlığından imtina etdi - Qarabağa köçür

17:56 - 01 Sentyabr 2022

Milyarder Rusiya vətəndaşlığından imtina etdi - Qarabağa köçür

Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Qarabağa köçmək qərarına gəlib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı R.Vardanyan öz yutub kanalında paylaşıb.

Vardanyan qeyd edib ki, üzərinə hansı riskləri götürdüyünü anlayaraq Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar qəbul edib.

“Bu qərarı vermək mənim üçün asan olmadı, lakin belə düzgündür”, - deyə o söyləyib.

Qeyd edək ki, “Forbes” 2021-ci ildə Ruben Vardanyanın sərvətini 1 milyard dollar olaraq qiymətləndirib. O, “Troyka Dialoq” investisiya şirkətinin təsisçisi və sabiq sahibidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az