Türkiyə Futbol Federasiyasının Rivadakı binasına silahlı basqın edilib.
Manset.azTürkiyə mediasına istinadən xəbər verir ki, silahlı hücum TFF-də idarə heyətinin iclası zamanı baş verib. Binaya 5 güllə dəyib. Güllələrdən biri Hamit Altıntopun başının üzərindən keçib.
Hücum zamanı ölən və yaralanan olmayıb. Polis kamera qeydlərini nəzərdən keçirir. Hücum edənlər hadisə yerindən uzaqlaşıblar.