İran Avropa İttifaqının nüvə sazişinin canlandırılması üçün təqdim etdiyi və danışıqlarda yekun yol xəritəsi kimi qəbul edilən saziş layihəsi ilə bağlı ABŞ-nin fikirlərini cavablayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi açıqlamada ABŞ-nin saziş layihəsi mətninə verdiyi cavabın Tehran tərəfindən müxtəlif səviyyələrdə araşdırıldığını və hazırlanan cavabın danışıqların koordinatoruna göndərildiyini açıqlayıb.
"Təqdim olunan mətndə danışıqların yekunlaşdırılmasına konstruktiv yanaşma var", - Kənani bildirib.
ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel mövzu ilə bağlı verdiyi açıqlama verib:
"İranın cavabını aldığımızı təsdiqləyə bilərik. Bunu araşdırırıq, cavab verəcəyik, amma təəssüf ki, konstruktiv deyil".