Alimlər və musiqiçilər Ceyms Uebb kosmik teleskopunun çəkdiyi kosmik obyektləri musiqiyə çeviriblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu işi Toronto Universitetinin fizika professoru, musiqiçi Mett Russo həyata keçirib.
“Məqsədimiz Uebbin şəkillərini və məlumatlarını səslə başa düşülən etmək, dinləyicilərə öz zehni imiclərini formalaşdırmağa kömək etməkdir”, - Russo bildirib.