“Müttəfiqlərimizi xəbərdar etmişik” - Hulusi Akar

12:45 - 02 Sentyabr 2022

“Müttəfiqlərimizi xəbərdar etmişik” - Hulusi Akar

“Bu silahlanma deyilən, ittifaq deyilən şeylə heç bir yerə gedib çıxa bilməzsiniz. Uzatdığımız əli tutun”.

 

Manset.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstanın Egey dənizinə daxil olmasına bu sözlərlə reaksiya verib.

“Həmsöhbətlərimizə Yunanıstanın macəraya atılmamasını, bir daha problemə düşməməsini, bir daha böyük zərbə almamasını, xəyal qırıqlığı ilə nəticələnəcək cəhdlərdən əl çəkməsini və tarixdən dərs alması lazım olduğunu dönə-dönə xatırlatmağa davam edirik.

NATO və üçüncü ölkələr Yunanıstanın nə etdiyini görməlidirlər. Müttəfiqlərimizi xəbərdar etmişik, onlardan obyektiv olmalarını gözləyirik”, - deyə Akar vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az