Almaniyada Rusiyadan idxal olunan qazdan asılılığı azaltmaq və enerjiyə qənaət etmək üçün ictimai binaların, heykəllərin, abidələrin və lövhələrin işıqları söndürülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, xəstəxanalardan başqa ictimai binalar 19 dərəcədən yuxarı qızdırılmayacaq.
Ağır fiziki iş görülən ərazilər 19 dərəcədən daha soyuq ola bilər. İnsanların sıx olduğu yerlərdə, məsələn, yarmarkalar və böyük zallar ümumiyyətlə qızdırılmaya bilər.