Avropada təbii qazın qiyməti bu qədər artdı

16:50 - 02 Sentyabr 2022

Avropada təbii qazın qiyməti bu qədər artdı

Avropada təbii qazın qiyməti 26 faiz artıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sentyabr fyuçersləri üçün qaz müqaviləsinin qiyməti Avropanın ən dərin dərinliyinə malik Hollandiyada yerləşən virtual təbii qaz ticarət məntəqəsi “TTF”də avqustun 30-da 252 avro ilə bağlanıb.

Avqustun ilk günündə təbii qazın meqavat-saat qiyməti 200 avroya yaxın olub. Beləliklə, Avropada təbii qazın meqavat-saat qiyməti bir ayda 26 faiz artıb.

Qiymət artımında Rusiyadan Avropaya ötürülən təbii qazın az olması və “Şimal axını 1”in yaxın gələcəkdə normal axın səviyyəsinə qayıtmayacağından qaynaqlanan narahatlıq təsirli olub.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az