Kremlin sözçüsü Dmitri Peskov G7-nin iclasında müzakirə olunacaq Rusiya neftinə qiymət həddi tətbiq edilməsi təklifini dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qiymət limiti tətbiqini dəstəkləyən ölkələrə neft satılmayacağını açıqlayan Peskov, "Bazar qaydalarına uyğun hərəkət edən ölkələrə neft göndərəcəyik" deyib.