BMT helikopteri Afrikada qəzaya UĞRADI

21:10 - 02 Sentyabr 2022

BMT helikopteri Afrikada qəzaya UĞRADI

Birləşmiş Millətlər Təşkilatının (BMT) sisteminə daxil olan Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən icarəyə götürülmüş helikopter Konqo Demokratik Respublikasının şərqində, Virunqa qoruğunun ərazisində qəzaya uğrayıb.

Manset.az xəbər verir ki, bu barədə Konqonun “Actualite” xəbər portalı qəzanın baş verdiyi icmanın rəhbəri Mvami Baumaya istinadən məlumat yayıb.

“Helikopter qəzası sentyabrın 2-də səhər saatlarında baş verib, onun göyərtəsində olan hər üç nəfər xəstəxanaya çatdırılıb”, - o deyib. Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.

Nyiraqonqo bölgəsinin hərbi administrasiyasının rəhbəri polkovnik İduma Molenqo BMT helikopterinin qəzaya uğradığını təsdiqləsə də, onun səbəbini açıqlamayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az