Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı TAPILDI

22:12 - 02 Sentyabr 2022

Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı TAPILDI

Böyük Britaniyalı həkimlər meymunçiçəyinin yeni ştamına yoluxma halı aşkar ediblər.

Manset.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, Liverpul Kral Universitetinin xəstəxanasına çatdırılan yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib.

Qeyd olunub ki, söhbət Böyük Britaniyada müşahidə olunan cari epidemiya üçün xarakterik olmayan ştamdan gedir.

Ümumilikdə, sentyabrın əvvəlinə Böyük Britaniyada 3,4 min meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az