Türkiyə DİN: Avqustda PKK-nın 90-a yaxın terrorçusu zərərsizləşdirildi

20:04 - 03 Sentyabr 2022

Türkiyə DİN: Avqustda PKK-nın 90-a yaxın terrorçusu zərərsizləşdirildi

2022-ci ilin avqust ayında PKK terror təşkilatının 90-a yaxın üzvü zərərsizləşdirilib.

Manset.az xəbər verir ki, bu barədə Türkiyə daxili İşlər nazirinin müavini, nazirliyin mətbuat katibi İsmail Çataklı bildirib.

Çataklı qeyd edib ki, avqustda PKK-ya qarşı ümumilikdə 12 563 əməliyyat keçirilib. Əməliyyatlarda 16 nəfər terrorçu öldürülüb, 60-ı diri ələ keçirilib, 14-ü isə təslim olub.

Həmçinin PKK-nın 593 üzvü saxlanılıb, təşkilata kömək etməkdə şübhəli bilinən 1 371 nəfər tutulub.

Avqust əməliyyatları zamanı 106 bunker, sığınacaq və mağara yararsız hala salınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az