Zaporojye AES elektrik şəbəkəsindən AYRILDI

22:25 - 03 Sentyabr 2022

Zaporojye AES elektrik şəbəkəsindən AYRILDI

Rusiya silahlı qüvvələrinin nəzarətində olan Zaporojye AES elektrik şəbəkəsindən ayrılıb.

Manset.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) stansiyada daimi əsasda fəaliyyət göstərən əməkdaşları məlumat verib.

Bununla yanaşı, fəaliyyətdə olan 2 reaktordan biri dayandırılıb. Digər reaktor isə yalnız stansiyanın zəruri ehtiyaclarını ödəmək üçün işləyir. Bu ehtiyaclara ilk növbədə reaktorların soyudulması, işıqlandırma və təhlükəsizlik sistemlərinin işləməsi daxildir.

Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES martın 4-də Rusiyanın nəzarətinə keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az