Tbilisi yaxınlığında meşə yanğını BAŞLADI

22:40 - 04 Sentyabr 2022

Tbilisi yaxınlığında meşə yanğını BAŞLADI

Meşə yanğını eyni vaxtda Tbilisi yaxınlığında yerləşən Tskneti, Tsavkisi, Baqebi və Napetvrebi kəndlərində başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

“Biz təsdiq edirik ki, hazırda Tbilisi yaxınlığında bir neçə yanğın var. Yanğınsöndürənlər və xilasedicilər artıq hadisə yerindədirlər və yanğınların aradan qaldırılması üçün bütün tədbirlər görülür”, - mətbuat xidmətindən bildirilib. İdarədən verilən məlumata görə, əsasən quru ot və kol-kos yanır. Bir neçə saat əvvəl Tbilisidə qalxan külək işi çətinləşdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az