İspaniyanın Xeres de la Frontera hava limanından Almaniyaya uçan şəxsi təyyarə Latviyanın Ventspolis şəhəri yaxınlığında Baltik dənizinə düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avstriya qeydiyyatlı Cessna 551 tipli şəxsi təyyarənin Baltik dənizinə düşməsindən sonra xilasetmə qruplarının bölgəyə göndərilib.
İsveç dəniz idarəsinin mətbuat katibi Yohan Vahlström Almaniya və Danimarka döyüş təyyarələrinin sözügedən şəxsi təyyarənin pilotu ilə əlaqə saxlamağa çalışdıqlarını, lakin uğursuzluqla nəticələndiyini bildirib.
Təyyarədə 4 nəfərin olduğu təxmin edilir.
Həmin bölgəyə İsveç, Latviya və Litvadan gəmi və helikopterlər göndərilib.