Çilidə futbol matçında baş verən insidentdə futbolçular qırmızı kart göstərən hakimi uçurumdan atıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, futbolçuların hücumuna məruz qalan hakim ağır xəsarət alıb.
Hadisə nəticəsində futbol matçı ləğv edilib.
Təhlükəsizlik qüvvələri hakimin ona hücum edən futbolçulardan şikayətçi olduğunu bildirib.