Çin iynəsiz və burundan qəbul edilən korona peyvəndini təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin, Covid-19 peyvəndinin alternativi ola biləcək iynəsiz və burundan nəfəs çəkilərək istifadə edilən peyvəndi təsdiqlədiyini açıqlayıb.
Mütəxəssislər iynəsiz peyvəndin evdə asanlıqla edilə biləcəyini bəyan ediblər.