Makron Rusiya qazının Avropadakı payının azaldığını AÇIQLADI

20:21 - 05 Sentyabr 2022

Makron Rusiya qazının Avropadakı payının azaldığını AÇIQLADI

İlin əvvəlindən Avropa bazarında Rusiyadan tədarük olunan qazın payı 50%-dən 9%-ə qədər azalıb.

Manset.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Onun qiymətləndirməsinə görə, ilin əvvəlində Avropada bütün enerjinin dörddə biri (25%) “qazın payına düşür, onun 50%-i Rusiyadan gələn qazdır”.

"İndi onun payı 9%-ə qədər azalıb", - Fransa prezidenti əlavə edib.

Onun sözlərinə görə, Aİ qışın soyuq keçə biləcəyinə və Rusiyadan qaz nəqlinin dayandırılacağına hazırlaşırdı.

“Bunun üçün biz elektrik enerjisi istehlakını 10% azaltmalı olacağıq”, - deyə Makron yekunlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az