Bağışladığı orqanları ilə 80 nəfərin ümidi oldu

16:07 - 06 Sentyabr 2022

Bağışladığı orqanları ilə 80 nəfərin ümidi oldu

Meksikada dünyasını dəyişən 31 yaşlı şəxs orqan bağışlaması ilə 80 nəfərə ümid verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, orqanlarını bağışlayan 31 yaşlı adı açıqlanmayan şəxs orqan bağışlaması ilə onlarla insana ümid bəxş edib. 

Xəstənin beyin ölümündən sonra xəstəxanada aparılan əməliyyatla orqanlarının çıxarıldığı və sözügedən orqanların ehtiyacı olan xəstələrə nəql ediləcəyi açıqlanıb.

Orqan donorunun ailəsi hər fürsətdə onun bütün orqanlarını ehtiyacı olanlara bağışlamaq istədiyini dediyini bildirib.

Xəstəxana rəsmiləri əməliyyat nəticəsində donordan mədəaltı vəzi, ürək, qaraciyər, buynuz qişa, dəri, böyrək və əzələ toxumalarının alındığını və bu toxumaların orqan bağışlanmasını gözləyən 80 nəfər üçün ümid olacağını bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az