Lukaşenko onları vətəndaşlıqdan məhrum edəcək

17:50 - 06 Sentyabr 2022

Lukaşenko onları vətəndaşlıqdan məhrum edəcək

Aleksandr Lukaşenko ölkəni tərk etmiş müxalifətçilərin Belarus vətəndaşlığından məhrum edilməsi məsələsinə baxmağı təklif edib.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Belarus lideri həmin təklifi bu gün vətəndaşlıq və amnistiya haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən müşavirədə bildirib:

"Biz bir tərəfdən dövlətimizin təhlükəsizliyindən qayğı duyuruq. Lakin digər tərəfdən hörmətli və zəhmətkeş vətəndaşlar ölkəmizin ən mühüm sərvəti sayılırlar".

Bununla yanaşı, Lukaşenko xaricə gedib dövlətin və xalqın ziyanına fəaliyyət göstərənlərə qarşı tədbirlərin görülməsinin vacib olduğunu vurğulayıb.

"Biz onları tanıyırıq. Bu insanlar öz vətənlərindən qaçıblarsa və faktiki olaraq Belarusla əlaqələri kəsiblərsə, Belarus vətəndaşı olaraq qalmağa layiqdirlərmi? Onları vətəndaşlıqdan məhrum etmək təklif edilib. Biz bu gün qanun layihəsinin bu variantını nəzərdən keçirəcəyik", - deyə Aleksandr Lukaşenko söyləyib.

Qeyd edək ki, Belarusda müxalifət liderlərinin əksəriyyəti 2020-ci il seçkilərindən sonra xüsusi xidmət orqanlarının əli ilə zorla ölkədən çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az