Vatsap bəzi telefon modellərində işini dayandıracaq

08:38 - 07 Sentyabr 2022

Vatsap bəzi  telefon modellərində işini dayandıracaq

Cari ilin oktyabr ayından etibarən məşhur vatsap messenceri bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək.

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, “iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri vatsapdan proqram təminatının iOS 12 və digər versiyalara yenilənməsi tövsiyəsi ilə bağlı bildirişlər almağa başlayıb. Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.

Eyni zamanda, hələ də populyar olan “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil. Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri vatsapdan istifadə edə bilməyəcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az