ABŞ, Rusiya və Çinlə gərginlik səbəbindən iki dəfə təxirə salınan qitələrarası ballistik raket sınağını bir neçə həftə əvvəl həyata keçirib. Pentaqonun bu gün verdiyi açıqlamada bir daha nüvə gücünə malik qitələrarası ballistik raket sınaqlarının keçiriləcəyi açıqlanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder, “ABŞ Hərbi Hava Qüvvələri Qlobal Hücum Komandanlığı sentyabrın 7-də səhər saatlarında Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından silahsız “Minuteman” III qitələrarası ballistik raketinin əməliyyat sınağını keçirəcək. Bu buraxılış yaxşı planlaşdırılmış rutin sınaqdır və əvvəlki sınaqlara uyğun olaraq bu buraxılış sözügedən sistemin səmərəliliyini və hazırlığını təsdiq edəcək” deyib.
ABŞ komandiri bəyan edib ki, standart prosedurlara uyğun olaraq, ABŞ müqavilə öhdəlikləri çərçivəsində Rusiya hökumətini bu buraxılış barədə əvvəlcədən məlumatlandırıb.