"Müharibə illərlə uzanmayacaq, amma..." - Ukrayna rəsmisi

13:24 - 07 Sentyabr 2022

\"Müharibə illərlə uzanmayacaq, amma...\" - Ukrayna rəsmisi

“Ukraynada müharibə illərlə uzanmayacaq, amma tezliklə qələbənin qazanılacağına da ümid etmək olmaz”.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

“Bu təcavüzkarla (Rusiyanı nəzərdə tutur-red) illərlə mübarizə aparacağımızla razılaşmaq istəməzdim. Bu hadisə ilə bağlı mən daha nikbinəm. Müharibənin qurtarması ilə bağlı öz proqnozum var. Mən bu məsələyə çox ehtiyatla yanaşıram. Birincisi, mən deyirəm ki, bu adi müharibə deyil. İkincisi, biz qələbə qazanacağıq. Üçüncüsü qələbə tezliklə olmayacaq, daha dəqiq bir ildən sonra bu baş verməyəcək ”, - deyə Danilov vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az