Paşinyan çıxışı ilə yenidən gündəm oldu - Video

16:10 - 07 Sentyabr 2022

Paşinyan çıxışı ilə yenidən gündəm oldu - Video

Xəbər verdiyimiz kimi, Rusiyanın Vladivostok şəhərində Şərq İqtisadi Forumu öz işini davam etdirir. Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan da forum çərçivəsində çıxış ediblər.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan forumdakı çıxışı ilə növbəti dəfə gündəmə gəlib.

Belə ki, erməni teleqram kanallarında Paşinyanın forumdakı çıxışı tənqid olunub. Erməni istifadəçilər Baş nazirin rus dilində yaxşı danışmamasını məsxərəyə qoyublar. Onlar bildiriblər ki, Ermənistanın hökumət rəhbərinin çıxışı zaldakı qonaqlar, xüsusilə də Rusiya Futbol Federasiyasının sabiq rəhbəri, ictimai xadim Vitaliy Mutko və Putin üçün maraqsız olub.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az