Aİ Komissiyasının sədri Ursula fon der Leyen Rusiya qazı üçün tavan qiymət təklif edəcəklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Leyen, Moskvanı Ukraynaya təcavüzünə görə cəzalandırmaq tədbirlərinin bir hissəsi olaraq üzv dövlətlərə Rusiya qazının idxalı üçün qiymət həddi ilə razılaşmağı təklif edib.
Leyen jurnalistlərə, "Burada məqsəd çox aydındır. Biz Putinin Ukraynaya qarşı bu amansız müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi gəlirlərini kəsməliyik” deyib.