ABŞ-dən Rusiyaya təhdid - Cəzasız qalmayacaq

11:48 - 08 Sentyabr 2022

ABŞ-dən Rusiyaya təhdid - Cəzasız qalmayacaq

Rusiyanın minlərlə ukraynalını saxlaması ilə bağlı iddialarını şərh edən ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın mövqeyinin cəzasız qalmayacağını bildirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin Rusiyanın minlərlə ukraynalını ölkənin şərq, mərkəzi və qərb bölgələrinə zorla aparması ilə bağlı açıqlamasından sonra ABŞ rəhbərliyi məsələni BMT Təhlükəsizlik Şurasında gündəmə gətirib.

Xarici işlər naziri Antoni Blinken tviter hesabında "Putin və Kremlin bu sistematik pozuntuları cəzasız qalmayacaq. Biz bu vəhşiliklərin səbəbkarlarını məsuliyyətə cəlb edirik. ABŞ və tərəfdaşlarımız səssiz qalmayacaq. Ukrayna və onun vətəndaşları ədalətə layiqdir" yazıb. 

Blinken öz paylaşımında Rusiyanın ukraynalıları saxlayıb müxtəlif bölgələrdəki həbs düşərgələrinə apardığını təsvir edən bir şəkil də yerləşdirib.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, "Birləşmiş Ştatlar Rusiyanı Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərində sistematik filtrasiya əməliyyatlarına və məcburi deportasiyalara dərhal son qoymağa çağırır. Biz tərəfdaşlarımızla birlikdə bu həqiqəti dünyaya çatdıracağıq” deyib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az