Avropada gərginlik – Müharibə hazırlığı

12:26 - 08 Sentyabr 2022

Avropada gərginlik – Müharibə hazırlığı

Polşa müdafiə nazirinin müavini Marçin Ociepa müharibəyə hazırlıq üçün orduda islahatlara başladıqlarını açıqlayıb.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polşa mətbuatına açıqlama verən Ociepa, "3-10 il müddətində Rusiya ilə ciddi müharibə riski var. Polşa ordusunu maksimum səviyyədə yenidən silahlandırmaq üçün bu müddətdən yaxşı istifadə etməliyik" deyib.
O, Polşa Müdafiə Nazirliyinin tarixinin ən iddialı silahlanma proqramını həyata keçirdiyini izah edərək, tanklar, özüyeriyən haubitsalar, çoxbarelli reaktiv yaylım atəşi sistemləri və PUA almaq istədiklərini qeyd edib.
Həmçinin, 10 il ərzində Polşa ordusundakı əsgər sayının 300 minə çatdırılacağını da vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az