Ukraynanın Xarkov şəhəri Rusiya ordusu tərəfindən reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutulub.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Xarkovun meri İqor Terexov açıqlayıb.
Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.
Hazırda xəsarət alanların dəqiq sayı və dağıntılar barədə məlumat dəqiqləşdirilir.