Ərdoğandan Putinin iradına CAVAB

14:54 - 08 Sentyabr 2022

Ərdoğandan Putinin iradına CAVAB

“Putin haqlıdır, Ukraynadan daşınan taxıl kasıb ölkələrə deyil, varlı ölkələrə gedir”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Xorvatiyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan taxıl dəhlizinin məqsədinin məhsulun kasıb ölkələrə daşınması olduğunu vurğulayıb.

“Biz də Rusiyadan taxıl daşınmasının başlamasını istəyirik. Səmərqənddə Putinlə bu məsələləri müzakirə edəcəyik”, - deyə Türkiyə lideri söyləyib.

Xatırladaq ki, Vladimir Putin sentyabrın 7-si Şərq İqtisadi Forumunda çıxışı zamanı Ukraynadan taxıl daşınmasının məhdudlaşdırılmasını nəzərdən keçirməyi təklif edib. Onun sözlərinə görə, Ukraynadan daşınan taxılın demək olar ki, hamısı kasıb ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az