Bayden və xanımı kraliçanın vəfatı ilə bağlı başsağlığı VERDİ

00:35 - 09 Sentyabr 2022

Bayden və xanımı kraliçanın vəfatı ilə bağlı başsağlığı VERDİ

ABŞ Prezidenti Cozef Bayden və xanımı Cil Bayden Böyük Britaniya kraliçasının vəfatı ilə bağlı birgə başsağlığı yayıblar.

Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"II Elizabet sadəcə Britaniya monarxı deyildi, o, bir dövrü müəyyənləşdirdi. Kraliçanın irsi Britaniya və dünya tarixində görkəmli yer tutacaq", - başsağlığıda deyilir.

Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qalasında vəfat edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az