Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışladı - FOTO

10:01 - 09 Sentyabr 2022

Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışladı - FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın beş erməni hərbçini qarşı tərəfə təhvil verməsini təqdir edib.

 

Manset.az xəbər verir ki, Aİ Şurasının Prezidenti bu barədə öz “Twitter”ində yazıb.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni hərbçinin Bakı tərəfindən sərbəst buraxılmasını alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib - bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir”,- deyə Ş.Mişel vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az