Putin Ərdoğanla Səmərqənddə danışıqlar aparacaq

14:30 - 09 Sentyabr 2022

Putin Ərdoğanla Səmərqənddə danışıqlar aparacaq

“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Səmərqənddə danışıqlar aparacaq”.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Onun sözlərinə görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq. 

Liderlərin görüş zamanı Ukraynadan taxıl daşınması məsələsini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti sentyabrın 15-16-sı keçiriləcək. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az