Ərdoğan Putinə edəcəyi təklifi ilk dəfə açıqladı

15:01 - 09 Sentyabr 2022

Ərdoğan Putinə edəcəyi təklifi ilk dəfə açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan turundan qayıdarkən təyyarədə gündəmlə bağlı açıqlamalar verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin "Ukrayna taxılı kasıb ölkələrə yox, zəngin ölkələrə gedir" ifadəsinin doğru olduğunu bir daha xatırladan prezident Ərdoğan, " Bəlkə də buna görə cənab Putin Rusiya məhsullarını göndərmir. Təbii ki, Səmərqənddəki görüşümüzdə indi ondan istəyəcəyik ki, Rusiya məhsullarını bu gəmilərlə dəhlizlə göndərsin. Ondan bu işə başlamasını xüsusilə xahiş edəcəyik”, deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az